Çexiya və Slovakiya prezidentləri Kiyevə gəliblər
Bakı, 28 aprel, AZƏRTAC
Çexiya və Slovakiya prezidentləri Petr Pavel və Zuzana Çaputova aprelin 28-də Kiyevə səfər ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə blesk.cz xəbər portalı məlumat yayıb.
Məlumata görə, hər iki dövlətin başçıları Ukrayna Prezidenti Vladimir Zelenski və onun hökumətinin rəhbərləri ilə görüşəcəklər. Birgə səfərə hazırlıq bu ilin yanvarında Petr Pavelin Çexiya prezidenti seçilməsindən dərhal sonra başlayıb. Təhlükəsizlik nöqteyi-nəzərindən səfərin vaxtı əvvəlcədən açıqlanmayıb.
Çexiya və Slovakiya Ukraynaya hərtərəfli yardım göstərirlər. Prezidentlərin bu səfərinin əsas məqsədi Kiyevə bir daha dəstək ifadə etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]