Çexiyada güclü külək və qar 100 min evi işıqsız qoyub
Bakı, 4 fevral, AZƏRTAC
Çexiyada güclü külək və qar səbəbindən elektrik sistemində çoxsaylı qəzalar baş verib - 100 min ev işıqsız qalıb.
AZƏRTAC Praqa radiosuna istinadla xəbər verir ki, elektrik təchizatında ən çətin vəziyyət ölkənin şərq və cənub-şərq regionlarında müşahidə edilir. Bəzi rayonlarda güclənən çovğun təmir briqadalarının işini çətinləşdirir. Həmçinin küləyin aşırdığı ağaclar və qar yığınları nəqliyyatın hərəkətinə mane olur.
Çexiyanın meteorologiya xidmətləri yaxın günlərdə hava şəraitinin daha da kəskinləşəcəyi, küləyin güclənəcəyi, dağlıq rayonlarda qar qalınlığının yarım metrə çatacağı və uçqunlar ola biləcəyi barədə xəbərdarlıq edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]