Çexiyada polis əməkdaşları etiraz aksiyasına başlayıblar
Bakı, 4 noyabr, AZƏRTAC
Çexiyada polis əməkdaşları maaşlarının artırılması tələbi ilə etiraz aksiyasına başlayıblar. Onlar bir həftə ərzində kiçik qanun pozuntularına görə cərimə yazmayacaqlar.
AZƏRTAC “Idnes” informasiya portalına istinadla xəbər verir ki, etiraz aksiyası noyabrın 4-dən 8-dək davam edəcək. Hazırda polis parklanma qaydalarının cüzi şəkildə pozulmasına, təhlükəsizlik kəmərlərinin bağlanmamasına və bir sıra digər qayda pozuntularına görə sürücüləri cərimələməkdən vaz keçir. Sürət həddini aşmaq, işıqforun qırmızı işığında yolayrıcını keçmək, sükan arxasında mobil telefondan istifadə etmək və ictimai təhlükəlilik dərəcəsi baxımından analoji hallara görə cərimə yazılması isə davam etdiriləcək.
Aksiyaya qoşulmaq niyyətində olan polis əməkdaşlarının sayı barədə məlumat verilmir. Portal etiraz aksiyasının təşkilatçılarından birinə istinadla bildirib ki, “ilk növbədə maaşın aşağı olmasından narazı qalan bir çox polis əməkdaşı aksiyaya qoşulacaq”.
Çexiyanın hakimiyyət orqanları vəziyyəti yoluna qoymaq və 2025-ci ildə polislərin maaşlarını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [13:31]
“Shell”in mənfəəti iki dəfə artaraq 10,8 milyard dollara çatıb
- 29.10.2026 [13:18]
Pekin ABŞ-nin Çin şirkətlərini "qara siyahı"ya salmasına etiraz edir
- 29.10.2026 [13:13]
Birləşmiş Ştatların gündəlik neft hasilatı 14 milyon barelə çatır
- 29.10.2026 [13:12]
ABŞ-nin neft ehtiyatları azalır
- 29.10.2026 [12:57]
“Meksikalaşma” ifadəsi Meksika ilə Fransa arasında mübahisə doğurub
- 29.10.2026 [12:24]