Çexiyanın birinci xanımı Liviya Klausova Dənizkənarı Milli Parkı gəzmişdir
Bakı, 17 may (AZƏRTAC). Azərbaycanda rəsmi səfərdə olan Çexiya Respublikasının Prezidenti Vatslav Klausun xanımı Liviya Klausova mayın 17-də Dənizkənarı Milli Parkı gəzmişdir.
Çexiyanın birinci xanımı əvvəlcə parkın ən görkəmli yerində - “Mirvari” restoranında oldu.
Sonra parkı gəzən qonağa məlumat verildi ki, Bakının ən maraqlı və spesifik təbii şəraiti olan guşələrindən biri də bulvardır. Bu məkan şəhər sakinlərinin, qonaqların ən sevdiyi yerlərdən biridir. 1998-ci il dekabrın 29-da Prezident Heydər Əliyevin Sərəncamı ilə Dənizkənarı bulvara “Milli Park” statusu verilmişdir. Bu gün Milli Park ərazisinin böyüklüyünə görə Parisin Sena çayı sahilindəki parkından sonra Avropada ikincidir.
Qeyd edildi ki, son illər Milli Parkda böyük tikinti və abadlıq işləri həyata keçirilmişdir. Bulvarın ərazisi dənizə doğru bir neçə metr genişləndirilmiş, yaşıllıq artırılmış, müxtəlif ölkələrdən gətirilmiş yeni dekorativ ağac və kollar əkilmişdir. Parkda yeni elektrobuslar, faytonlar, dəniz gəmiləri və digər gəzinti marşrutları işləyir.
Milli Parkla tanışlıq qonaqda xoş təəssüratlar yaratdı.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]