Çexiyanın xarici ticarəti çətin dövrünü yaşayır
Praqa, 7 fevral, AZƏRTAC
Çexiya hökuməti üçün bu ölkənin statistika idarəsinin hesabatı o qədər də ürəkaçan olmayıb.
AZƏRTAC xəbər verir ki, hesabata əsasən, ötən il xarici ticarət defisiti 198,1 milyard kron (təqribən 8 milyard avro) təşkil edib. Bu, Çexiyanın Avropa İttifaqına üzvlüyə daxil olduğu andan bəri ən pis göstəricidir. Ölkənin ticarət idxalının onun ixracatını üstələməsinə təsir redən əsas amil isə neft və qazın qiymətlərinin yüksək olmasıdır.
Hesabatda qeyd olunur ki, bir tərəfdən pandemiyadan zərər çəkən tədarükçü-istehlakçı əlaqələri bərpa olunmağa başlasa da, digər tərəfdən Ukraynada müharibənin başlanması ilə enerji sahəsində problemlərin artması da əhəmiyyətli dərəcədə sürətlənib. Möhkəm Çex kronu da buna öz “töhfə”sini verərək, ixracatçılar üçün vəziyyəti mürəkkəbləşdirib. Axı yerli biznes indi öz rəqabətqabiliyyətliyini itirməkdən qorxur. Buna baxmayaraq, bu il dünya iqtisadiyyatının sabitləşəcəyi gözlənilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]