Çexiyanın yeni Baş naziri Ukraynaya gizli silah təchizatından danışıb
Bakı, 13 yanvar, AZƏRTAC
Çexiyanın Baş naziri Andrey Babiş əvvəlki hökuməti Kiyevə silah tədarükünün həcmini gizlətməkdə günahlandırıb.
AZƏRTAC xəbər verir ki, Andrey Babiş bu məlumatı Ukraynaya sursat tədarükü təşəbbüsünü əlaqələndirən Çexiyanın Hökumətlərarası Əməkdaşlıq Agentliyinin direktorundan aldığını deyib.
“Ukraynaya gizli sursat tədarükü barədə heç nə bilmirdik. Onlar bunu məxfi saxlayıb və hərbi kəşfiyyat büdcəsində gizlədiblər. Bu, qeyri-şəffafdır. Ukraynaya silah tədarükü üçün Çexiya büdcəsinə gizli şəkildə 17,1 milyard kron (705 milyon avro) yatırılıb”, - deyə “Ceske noviny” qəzeti hökumət başçısından iqtibas gətirib.
Çexiyanın sabiq Baş naziri Petr Fiala isə öz növbəsində hazırkı hökumət başçısının açıqlamasının təşəbbüs iştirakçılarının təhlükəsizliyini təhlükə altına qoyduğunu bildirib.
Qeyd edək ki, Andrey Babiş bir müddət öncə Çexiyanın artıq Ukraynaya dövlət büdcəsindən vəsait ayıra bilməyəcəyini və sosial proqramları maliyyələşdirmək üçün onlara ehtiyac duyduğunu deyib. O, həmçinin əlavə edib ki, Kiyev bu vəsaitləri heç vaxt geri qaytara bilməyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]