Çilidə 8,2 bal gücündə zəlzələ baş vermişdir Ölənlər və yaralananlar var
Bakı, 2 aprel (AZƏRTAC). Çilinin yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, aprelin 2-də ölkənin şimalında 8,2 bal gücündə zəlzələ baş vermişdir. Nəticədə azı beş nəfər həlak olmuş, bir neçə insan ciddi zərər çəkmişdir.
ABŞ Geoloji Xidmətinin verdiyi məlumata görə, zəlzələnin mərkəzi Çilinin İkike liman şəhərindən 86 kilometr şimal-qərbdə, 10 kilometr dərinlikdə yerləşir. Sunami təhlükəsi gözlənilir. Bu səbəbdən Çilinin hakimiyyət orqanları ölkənin sahilyanı rayonlarında əhalinin evakuasiya olunacağını elan etmişlər.
Sunami barədə xəbərdarlıq mərkəzinin verdiyi məlumata görə, Peru, Boliviya, Ekvador, Kolumbiya, Panama, Kosta-Rika və Nikaraqua da bu təhlükə ilə üzləşə bilər.
Çili hərbi dəniz qüvvələrini hidroqrafiya və okeanoqrafiya xidməti ölkənin bütün okean sahilləri üçün sunami təhlükəsi barədə xəbərdarlıq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]