Çin alimləri tarixdə ilk dəfə Tibet inəklərini klonlayıblar
Bakı, 29 yanvar, AZƏRTAC
Çin alimləri tarixdə ilk dəfə olaraq, nəsli kəsilmək üzrə olan Tibet inəklərini klonlamağa müvəffəq olublar.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Tibet yaylasında məskunlaşmış iki inək növünün klonlanması mütəxəssislər tərəfindən somatik hüceyrə nüvələrinin köçürülməsi yolu ilə həyata keçirilib.
Çin Kənd Təsərrüfatı Elmləri Akademiyasının Heyvandarlıq və Baytarlıq Tədqiqat İnstitutunun elmi işçisi Yuy Daveyin bildirdiyinə görə, elm adamları əvvəlcə iki növ Tibet inəyinin qulaq toxumasını əldə ediblər, daha sonra laboratoriyada fibroblast xətti yaradaraq və somatik hüceyrə nüvəsinin köçürülməsi texnologiyasından istifadə edərək ilməklə klon embrionlarının alınmasına nail olublar.
Klonlanmış embrionlar surroqat inəklərə köçürülüb. Tibet muxtar vilayəti hökumətinin bu gün yaydığı məlumata əsasən, tam hamiləlik müddətindən sonra səkkiz klonlanmış inək əldə edilib.
Yuy Davey, həmçinin gələcəkdə elm adamlarının mükəmməl genetik sistem yaratmaq, təbii ehtiyatların qorunması və istifadəsi sistemini inkişaf etdirmək üçün klonlama texnologiyalarını ənənəvi heyvandarlıq texnologiyaları ilə birləşdirə biləcəklərini qeyd edib.