Çin ordusu Tayvan ətrafında təlimlərə başlayıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Çin Xalq Azadlıq Ordusu (ÇXAO) Tayvan ətrafında “Birgə qılınc – 2024B” təlimlərinə başlayıb.
AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Şərq Bölgəsi Döyüş Komandanlığının rəsmi nümayəndəsi, baş polkovnik Li Si açıqlama verib. Təlimdə quru qoşunları, donanma, hava qüvvələri, raket qüvvələri və digər qoşunlar iştirak edir. Qeyd olunur ki, təlimlər Tayvan boğazında Tayvanın şimal, cənub və şərq hissəsində baş tutacaq. Təlimlər zamanı birgə hücumun məşq edilməsi, adanın liman və ərazilərinin bloklanması və nəzarətə götürülməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]