Çin və Türkmənistanı birləşdirən marşrut üzrə konteyner qatarı işə salınıb
Nur-Sultan, 14 may, AZƏRTAC
Qazaxıstanın "Qazaq temir jolı" (KTZ) milli dəmir yolu şirkəti ölkə ərazisindən keçməklə Çin və Türkmənistanı birləşdirən marşrut üzrə konteyner qatarını işə salıb.
AZƏRTAC xəbər verir ki, başlanğıc nöqtəsi Çinin Jinan Nan stansiyası olan marşrut Qazaxıstan sərhəd məntəqələrindən (Xorqos, Altınkol və Bolaşak) keçərək sonuncu Qıpcak türkmən stansiyasına çatır. Qatar Çindən Türkmənistana müəyyən edilmiş marşrutu 8 sutka ərzində keçir.
Bu marşrut Çin yüklərinin Türkmənistana daşınması, ölkələr arasında ticarət-iqtisadi əlaqələri inkişafına və gələcəkdə yük axınlarının həcminin artmasına səbəb olacaq.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]