Çində dünyanın ən uzun “3D” körpüsü qurulub
Bakı, 23 iyul, AZƏRTAC
Çinin şimalında yerləşən Hebey Politexnik Universiteti ən uzun üçölçülü (“3D”) körpünün yaradılması üzrə yeni dünya rekorduna imza atıb.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, “3D” texnologiyası vasitəsilə inşa edilən 28,1 metrlik konstruksiya “Ginnesin Rekordlar Kitabı” tərəfindən sertifikatlaşdırılıb. Rekordçunun prototipi qismində 1400 ildən çox tarixə malik Hebey əyalətindəki Çjaoçjoutsyao tağşəkilli daş körpüsü çıxış edib.
Körpü strukturunun 1:2 miqyaslı “3D” çap prosesi Hebey Politexnik Universitetinin professoru Ma Qoveyin başçılıq etdiyi tədqiqat qrupu tərəfindən həyata keçirilib.
Antszitsyao kimi də tanınan Çjaoçjoutsyao körpüsü Hebey əyalətinin Çjaosyan qəzasında Syaohe çayı üzərində qurulub. O, Sui sülaləsi dövründə tikilib (581-618-ci il).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]