Çində restorandakı yanğında 17 nəfər ölüb
Pekin, 28 sentyabr, AZƏRTAC
Çinin şimal-şərqindəki Cilin vilayətində restoranda baş verən yanğında 17 nəfər ölüb.
AZƏRTAC vilayət hökumətinin açıqlamasına istinadla xəbər verir ki, hadisə Çançun şəhərindəki yüksək texnologiyalar sənaye zonasında günorta saatlarında baş verib. Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və tibb briqadaları cəlb olunub. Təxminən 2 saat davam edən axtarış işlərinin yekununda 17 nəfərin meyiti tapılıb. Yaralı vəziyyətdə xilas edilənlər xəstəxanaya yerləşdirilib.
Hələlik hadisənin səbəbləri bilinmir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:01]
Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib
- 05.06.2026 [13:29]
Tokayev: Qazaxıstanda iyulun 1-də yeni Konstitusiya qüvvəyə minir
- 05.06.2026 [13:09]
Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb
- 05.06.2026 [12:42]
Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub
- 05.06.2026 [11:53]