Çində sexin çökməsi nəticəsində ölən və yaralananlar var
Pekin, 20 may, AZƏRTAC
Çinin Quansi Cuan muxtar rayonunda taxta fabrikinin sexində baş verən çöküntü nəticəsində 2 nəfər ölüb, 27 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, hadisə Quydan şəhərindəki fabrikdə səhər saatlarında baş verib. Hadisə yerinə gələn mülki müdafiə qüvvələri 29 fəhləni yaralı vəziyyətdə tapıblar. İlkin tibbi yardıma baxmayaraq 2 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Digər yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
İlkin ehtimala əsasən, sexin çökməsinə güclü külək və şiddətli yağışlar səbəb olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]