Çinə birbaşa xarici investisiyalar rekord səviyyədə azalıb
Bakı, 30 iyul, AZƏRTAC
2024-cü ilin yanvar-iyun aylarında Çinə birbaşa xarici investisiyaların həcmi illik müqayisədə 29,1 faiz azalaraq 498,91 milyard yuana düşüb. Cari ilin ilk altı ayında bu sahədə rekord səviyyədə azalma baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin məlumatlarına istinadla “Trading Economics”in yaydığı məlumatda deyilir.

Ümumi vəsaitin təxminən 12,8 faizi və ya 63,75 milyard yuan yüksək texnologiyalı istehsal sənayesinə yönəldilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz bəndi çoxdur. Tibbi avadanlıq və alətlərin istehsalına, eləcə də peşəkar texniki xidmətlərə yönəldilmiş xarici investisiyalar müvafiq olaraq 87,5 faiz və 43,4 faiz artıb.
Nəşr qeyd edir ki, birbaşa xarici investisiyaların mənbəyi Almaniya (18 faizdən bir qədər çox), həmçinin Sinqapur (10,5 faiz) olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]