Çinin 2 gəmisi mübahisəli Senkaku adaları ətrafındakı sulara daxil olub
Tokio, 6 fevral, AZƏRTAC
Fevralın 6-da Çinin dəniz polisinə aid olan 2 patrul gəmisi mübahisəli Senkaku (Çin adı Dyaoyuydao) adaları ətrafındakı sulara daxil olub. Yerli vaxtla səhər saat 4:45-də əraziyə gələn gəmilər saat 13:15-dək bu sularda qalıb.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu, fevralın 1-də Çinin patrul gəmilərinə atəş açmaq səlahiyyəti verən qanunun qüvvəyə minməsindən sonra baş verən ilk belə haldır. Bildirilir ki, hadisə vaxtı ərazidə yapon balıqçı qayıqları olub və Çin gəmiləri onlara yaxınlaşmaq istəyib. Lakin yaxınlıqda Yaponiya Sahil Mühafizəsi Xidmətinin katerlərinin olması onları bu niyyətlərindən çəkindirib. Yaponiya gəmiləri səsgücləndiricilər vasitəsilə Çin gəmilərindən ərazini tərk etmələrini tələb edib.
Qeyd edək ki, Çin hazırda Yaponiyanın nəzarətində olan bu adaların qeyri-qanuni işğal edildiyini bildirərək onların qaytarılmasını tələb edir. Adalar ətrafında mübahisə 2012-ci ildə, Tokio bu adaları fərdi mülkiyyətçidən aldıqdan sonra gərginləşib. Yaponiya həmin adaları ölkənin ayrılmaz tərkib hissəsi hesab etsə də, Çin və Tayvan da adalara iddialıdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]