Çinin ən iri banklarından olan CITIC-in sabiq rəhbəri korrupsiyada şübhəli bilinir
Pekin, 14 may, AZƏRTAC
Çinin ən iri kommersiya banklarından olan "China CITIC Bank Corporation Limited"in sabiq prezidenti Sun Deşun çoxsaylı korrupsiya əməllərində şübhəli bilinərək saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Ali Xalq Prokurorluğu məlumat yayıb. Bildirilir ki, sabiq prezident vəzifə səlahiyyətlərindən sui istifadə edərək, müxtəlif şəxslərdən külli miqdarda nəğd pul və qiymətli hədiyyələr qəbul edib. Çin Dövlət Nəzarət Komitəsinin onun haqqında başladığı cinayət işi üzrə təhqiqatı hazırda Cinan şəhər prokurorluğu aparır. Yaxın vaxtlarda cinayət işi üzrə məhkəmə iclasının keçirilməsi gözlənilir.
Qeyd edək ki, CITIC bankı aktivlərinin ümumi dəyərinə (475 milyard ABŞ dolları) görə Çində 7-ci sıradadır. Ölkədə 773 ofisi və 700-dən çox filialı olan bank 130 dövlətin bankları ilə əməkdaşlıq edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]