Çinin Tibet bölgəsində qar uçqunu ölümlə nəticələnib
Pekin, 8 oktyabr, AZƏRTAC
Çinin Tibet muxtar rayonundakı Şişabanqma dağında baş verən qar uçqunu nəticəsində 2 alpinist ölüb, digər ikisi itkin düşüb.
AZƏRTAC muxtar rayonun idman qurumunun açıqlamasına istinadla xəbər verir ki, hadisə oktyabrın 7-də günortadan sonra təxminən 7 min 600 metr yüksəklikdə baş verib. Ölənlərdən biri ABŞ, digəri isə Nepal vətəndaşıdır. Elə itkin düşənlər də ABŞ və Nepal vətəndaşlarıdır. Nepaldan olan digər alpinist isə ciddi xəsarət alıb.
Hazırda xilasedicilər hadisə yerində axtarış aparırlar. Şişabanqma dağında alpinizm fəaliyyəti dayandırılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]