DÜNYA
Çinin xarici işlər naziri yapon həmkarını Pekinə rəsmi səfərə dəvət edib
Tokio, 21 noyabr, AZƏRTAC
Çinin xarici işlər naziri Van İ Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşini Pekinə rəsmi səfərə dəvət edib.
AZƏRTAC xəbər verir ki, bu barədə bazar günü televiziya proqramında məlumat verən Y.Hayaşi bu barədə təklifin çinli həmkarı tərəfindən telefon danışığı zamanı səsləndiyini bildirib.
Noyabrın 10-da Yaponiyanın yeni xarici işlər naziri təyin edilən Y.Hayaşi həmçinin qeyd edib ki, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlığın sabitləşməsinin zəruriliyindən bəhs olunub.
Yapon nazirin çinli həmkarının dəvəti ilə bağlı hələlik danışıqlara başlanılmadığını bildirən Y.Hayaşi, həmçinin gələn ilin fevralında Pekində təşkil ediləcək Qış Olimpiya Oyunları ilə bağlı diplomatik boykot barədə qərarın Yaponiya hökuməti tərəfindən baxılacağını deyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]