Çinli şahmatçı onlayn superturnirdə liderliyi ələ alıb
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-də hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenin təşkilatçılığı ilə start götürmüş onlayn superturnirin birinci gününün oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, birinci gün Maqnus Karlsen və amerikalı şahmatçı Hikaru Nakamura qarşılaşması heç-heçə başa çatdığından oyunun taleyini “armagedon” həll edib. M.Karlsen bu mərhələdə amerikalı şahmatçıdan üstün olub (3:2). Çinli Liren Dinq ilə FIDE bayrağı altında çıxış edən Əlirza Firuzca qarşılaşması isə L.Dinqin qələbəsi ilə başa çatıb (2,5:1,5).
Yekun nəticəyə görə L.Dinq 3 xalla turnir cədvəlində birincidir. M.Karlsenin 2, H.Nakamuranın 1 xalı var. Ə.Firuzcanın isə hələlik xalı yoxdur.
Turnirin mükafat fondu 250 min dollardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]