ÇUXANLI KƏNDİNDƏ 10 MİN TONLUQ SOYUDUCU ANBARIN İSTİFADƏYƏ VERİLMƏSİNƏ HAZIRLIQ GÖRÜLÜR
Salyan, 27 iyul (AZƏRTAC). Salyan rayonunun Çuxanlı kəndində
10 min tonluq soyuducu kameraları olan anbarın tikintisi başa çatmışdır. Müəssisənin əsas texnoloji avadanlığı Türkiyədən alınmışdır.
Respublikada uğurla həyata keçirilən aqrar islahatlar çərçivəsində inşa edilən anbar bağçılıq-bostançılıq, habelə kənd təsərrüfatı məhsullarının ilboyu təzə saxlanmasına təminat verməklə yanaşı, rayon istehsalçılarının əməyini stimullaşdıracaq, habelə bazar qiymətlərini tənzimləyəcəkdir.
Rayonda 5 min tonluq digər oxşar anbar binasının tikintisi də davam etdirilir.
Soyuducu anbarın xidmətindən qonşu Neftçala və Biləsuvar rayonlarının sahibkarları da yararlana biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]