Azərbaycan Dövlət İnformasiya Agentliyi

CİNAYƏTKARLIQLA MÜBARİZƏ VƏ İCTİMAİ TƏHLÜKƏSİZLİYİN TƏMİNİ SAHƏSİNDƏ UĞURLU GÖSTƏRİCİLƏR ƏLDƏ OLUNMUŞDUR

Mayın 27-də Daxili İşlər Nazirliyində quldurluq və soyğunçuluğun qarşısının alınması, üstünün açılması və bu növ cinayətlər nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi işinin, respublikanın şəhər və rayonlarında post-patrul xidmətinin və daxili işlər orqanlarında əməkdaşların peşə hazırlığının təşkilinin vəziyyəti haqqında məsələlərin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclası nazir, general-polkovnik Ramil Usubov açaraq, gündəlikdəki hər üç məsələnin çox mühüm və aktual, polisin əsas fəaliyyət istiqamətlərindən olduğunu bildirmiş, göstərilən sahələrdə kifayət qədər müsbət nəticələr qazanıldığını xatırlatmış, onların daim DİN rəhbərliyinin, Kollegiyasının diqqətində olduğunu vurğulamışdır. O qeyd etmişdir ki, şəhər və rayonlarda asayişin qorunması, daxili işlər orqanlarının çoxsaylı qurumlarından biri kimi, post-patrul xidmətinin işindən əhəmiyyətli dərəcədə asılıdır və son illər bu xidmətdə mənəvi-psixoloji durum, təchizat məsələləri xeyli yaxşılaşmışdır. Ramil Usubov daxili işlər orqanlarının bu sahədəki fəaliyyətinə tənqidi yanaşmağın, buraxılmış nöqsan və çatışmazlıqların ciddi şəkildə müzakirə olunması və aradan qaldırılmasının vacibliyini qeyd etmişdir.

Nazir bildirmişdir ki, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahəsində əvvəllər qazanılmış müsbət meyillər cari ilin 5 ayında da davam etdirilmiş, uğurlu göstəricilər əldə olunmuşdur. O qeyd etmişdir ki, ölkədə gedən geniş quruculuq işləri daxili işlər orqanlarının fəaliyyətində də öz əksini tapmış, Prezident İlham Əliyevin apardığı siyasət bütün istiqamətlərdə Azərbaycan dövlətinin uğurlu inkişafını təmin etmiş, ölkəmizin iqtisadi yüksəlişi, tərəqqisi, eyni zamanda, hüquq mühafizə, o cümlədən daxili işlər orqanlarının da fəaliyyətinə təsir göstərmişdir. Ölkə Prezidentinin gündəlik diqqət və qayğısı, həmçinin, tələbkarlığı daxili işlər orqanlarının üzərinə respublikamızda sabitliyi, əmin-amanlığı bundan sonra da nümunəvi və etibarlı şəkildə qorumaq kimi məsuliyyətli vəzifə qoyur.

Gündəlikdəki ilk məsələ haqqında DİN Cinayət Axtarışı Baş İdarəsinin rəisi, polis polkovniki Emin Şəkinski çıxış edərək bildirmişdir ki, ötən il quldurluq və soyğunçuluq cinayətləri törətmiş 224 şəxs həyata keçirilmiş tədbirlər nəticəsində aşkar edilmiş, axtarışda olan 91 təqsirləndirilən şəxs tutulmuş, 38 cinayətkar yaxalanıb zərərsizləşdirilmişdir. Qeydə alınmış 165 quldurluq hadisəsindən 119-nun və ya 72,1 faizinin, 196 soyğunçuluq cinayətindən isə 174-nün və ya 88,8 faizinin üstünün açılması təmin edilmişdir.

İctimai Təhlükəsizlik Baş İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov respublikanın şəhər və rayonlarında post-patrul xidmətinin təşkili sahəsində işin vəziyyəti haqqında məlumat verərək demişdir ki, post-patrul xidmətinin fəaliyyətinin səmərəliliyinin artırılması diqqət mərkəzində olmuş, bu yöndə bir sıra tədbirlər həyata keçirilmişdir. Qeyd olunmuşdur ki, 2004-cü ilə nisbətən ictimai yerlərdə qeydə alınmış cinayətlər 3,6 faiz, o cümlədən küçələrdə 6,9 faiz azalmış, axtarışda olanların tutulması üzrə naryadların göstəriciləri 2,8 faiz artmışdır.

Kadrlar Baş İdarəsinin rəisi, polis general-mayoru Məmməd Əsgərov daxili işlər orqanlarında əməkdaşların peşə hazırlığının təşkili işinin vəziyyəti ilə bağlı məruzə etmiş, peşə hazırlığı sisteminin, müxtəlif kurs, seminar və toplanışların mövzu planlarının günün tələblərinə uyğunlaşdırıldığını, 2005-2006-ci illərdə belə tədbirlərə 3507 əməkdaşın cəlb olunduğunu bildirmişdir.

Daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov son illər DİN rəhbərliyi səviyyəsində peşəkar kadr özəyinin yaradılması, şəxsi heyətin peşə və fiziki hazırlığının daha da yüksəldilməsi, həmçinin mənəvi-psixoloji durumun sağlamlaşdırılması istiqamətində xeyli iş görüldüyünü vurğulamışdır.

Müzakirələrdə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini polis polkovniki Şahmar Paşayev, rayon polis idarə və şöbələrinin rəisləri və başqaları çıxış edərək, buraxılmış nöqsanlardan danışmış, onların aradan qaldırılması üçün tədbirlərin görüləcəyini bildirmişlər.

Kollegiya iclasına yekun vuran nazir Ramil Usubov quldurluq və soyğunçuluqla mübarizənin kollegiya iclasının gündəliyinə çıxarılması zərurətini onların ictimai təhlükəlilik və əks-səda doğurma dərəcəsi ilə əlaqələndirmişdir. Nazir qeyd etmişdir ki, yerli polis orqanlarının rəisləri və aidiyyəti əməkdaşlar bu növ cinayətlərin üstünün açılmasına bəzən məsuliyyətsiz yanaşır və belə vəziyyət vətəndaşların haqlı narazılığına səbəb olaraq, bütövlükdə, polisin nüfuzuna mənfi təsir göstərir. Kurator nazir müavininin rəhbərliyi ilə CABİ və paytaxt polisinin təcrübəli əməkdaşlarından ibarət xüsusi qrupun yaradıldığını diqqətə çatdıran Ramil Usubov, bu qrupun yerli polis orqanları ilə birgə səmərəli fəaliyyəti nəticəsində əvvəllər bağlı qalmış bu növ cinayətlərin açılması sahəsində əsaslı dönüşün yaradılacağına inandığını bildirmişdir.

Daxili işlər naziri şəhər, rayon polis orqanlarının rəislərindən şəxsi heyətin geyim qaydalarına, nizam-intizama ciddi riayət etmələrini daim nəzarətdə saxlamağı, əməkdaşların fiziki, peşə və döyüş hazırlıqları səviyyəsinin yüksəldilməsi məsələlərinə diqqət yetirməyi tələb etmiş, bu vacib işə səhlənkar münasibət bəsləyən vəzifəli şəxslər barəsində ciddi intizam və təşkilati tədbirlərin görüləcəyini bildirmişdir.

Nazir əmin olduğunu bildirmişdir ki, Prezident, Ali baş komandan İlham Əliyevin DİN-ə göstərdiyi böyük diqqət və qayğı daxili işlər orqanlarını bundan sonra da qarşıya qoyulmuş məsul vəzifələrin öhdəsindən layiqincə gəlməyə sövq edəcək, şəxsi heyəti cinayətkarlıqla mübarizə və ictimai qaydanın, təhlükəsizliyin təmini sahəsində daha yüksək nəticələr qazanmağa ruhlandıracaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər