Coğrafiya fənni üzrə test tapşırıqları müvafiq qəbul proqramına və dərsliklərə uyğundur
Bakı, 13 noyabr (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, coğrafiya fənni üzrə elmi-metodiki seminar keçirilmişdir.
Seminarda bu il respublikanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarında coğrafiya fənnindən istifadə olunmuş test tapşırıqlarının (A variantı, 95-100 saylı test tapşırıqları) statistik göstəricilər əsasında elmi-metodiki cəhətdən təhlili aparılmışdır.
Ali məktəb müəllimləri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları ilə bərabər TQDK-nın Naxçıvan, Gəncə, Cəlilabad, Masallı, Şəki regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də seminarda iştirak etmiş, onlayn rejimində internet vasitəsilə qəbul proqramı və test tapşırıqları barədə fikirlərini açıqlamışlar.
Çıxış edənlər test tapşırıqlarının qəbul proqramına, orta məktəblərdə qüvvədə olan dərsliklərə uyğun olduğunu, abituriyentlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirməyə imkan verdiyini qeyd etmişlər.
Müzakirələr davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]