Cüdoçularımız “Böyük dəbilqə” turnirinin birinci gününü medalsız başa vurublar
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan cüdoçuları Kazanda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinin birinci gününü medalsız başa vurublar.
AZƏRTAC xəbər verir ki, Elçin Hüseynov (66 kq) bürünc medal uğrunda təsəlliverici görüşdə uduzaraq medal şansını əldən verib. Komandamızın digər üzvləri Davud Məmmədsoy (60 kq), Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) yarışı erkən tərk ediblər.
Qeyd edək ki, 79 ölkədən 400-dən çox idmançının mübarizə apardığı turnirdə Azərbaycan 10 cüdoçu ilə təmsil olunur. Tokio Olimpiadasına lisenziya xarakterli yarış mayın 10-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]