Daha bir qadın güləşçimiz bürünc medal qazanıb
Konya, 11 avqust, AZƏRTAC
Azərbaycanın qadın güləşçisi Tatyana Omelçenko Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, 62 kq-da rəqib indoneziyalı Herlina Xarişma Tantri olub. Qarşılaşmanı tam üstünlüklə (11:0) başa vuran Omelçenko 3-cü yeri tutub.