Daha bir sərbəst güləşçimiz V İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib
Konya, 11 avqust, Səxavət Quliyev, AZƏRTAC
Azərbaycanın daha bir sərbəst güləşçisi V İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışını davam etdirir.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Konya şəhərində təşkil olunan bu mötəbər yarışda Osman Nurmaqomedov (61 kq) dörddəbir finalda tunisli İmed Kaddidiyə 10:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Komandamızın digər üzvü İslam Bazarqanov isə əfqanıstanlı Məhəmməd Səyid Naserini 10:0 hesabı ilə məğlub edərək 1/4 finalda mübarizə aparacaq.