Daha üç boksçumuz Avropa birinciliyində mərhələ adlayıb
Bakı, 20 aprel, AZƏRTAC
İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir. Yarışın ikinci günündə Azərbaycan millisinin 3 idmançısı rinqə çıxıb. Onların hər üçü döyüşünü qələbə ilə başa vurub.
AZƏRTAC xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Nurlan Səfərov 1/16 final mərhələsi çərçivəsində Stefan Kirkorovla (Bolqarıstan) qarşılaşıb. Görüş təmsilçimizin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. N.Səfərov 1/8 finalda rusiyalı Kaqir Minatullayevlə üz-üzə gələcək.
Zaur Musayev (81 kq) də ilk qarşılaşmasını qələbə ilə başa vurub. O, 1/8 finalda Damyan Zavieruşinskini (Polşa) texniki nokautla mübarizədən kənarlaşdırıb. Boksçumuz növbəti görüşünü rusiyalı Ruslan Kolesnikova qarşı keçirəcək.
Yarışda 91 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən İsmayıl Yaqubov isə 1/4 finala gedən yolda Viktor Yurkla (Almaniya) üz-üzə gəlib. Gərgin keçən döyüşdə həmyerlimiz rəqibini 3:2 hesabı ilə məğlub edib. O, aprelin 22-də olacaq ikinci görüşündə İqor Fedorovla (Rusiya) mübarizə aparacaq.
Qeyd edək ki, yığmamız Argentinada keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışa 10 oğlan və 1 qız boksçu ilə qatılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]