Dalya Altuntepe: Azərbaycan münaqişədən sonrakı bərpa və şəhərsalma nümunəsi göstərir
Bakı, 21 may, AZƏRTAC
Azərbaycanın WUF13 tədbirinə ev sahibliyi etməsi ölkənin şəhərsalma, dayanıqlı inkişaf və qlobal urban gündəminə verdiyi töhfənin mühüm göstəricisidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Almaniyadan gələn mədəni irs strategiyası və mədəni turizm üzrə mütəxəssis Dalya Altuntepe deyib.
O, azad olunmuş ərazilərdə işğal dövründə dağıdılmış tarixi-mədəni abidələrin bərpasının qürurverici bir proses olduğunu bildirib: "Şuşada olarkən həmin tarixi abidələri öz gözlərimlə görmək və aparılan bərpa işlərinə şahid olmaq mənim üçün çox təsirli idi. Azərbaycan bu istiqamətdə həyata keçirdiyi layihələrlə münaqişədən sonrakı bərpa və inkişaf nümunəsi göstərən ölkələr üçün mühüm örnəkdir", - deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [14:53]
WUF13-də şəhər hakimiyyətlərinin iqlim gündəliyində rolu qeyd edilib
- 21.05.2026 [14:53]
Hindistan nümayəndəsi WUF13-ün Bakıda uğurla təşkil olunduğunu söyləyib
- 21.05.2026 [14:46]