Rusiyada Moskva və Sankt-Peterburq üzrə əmlakın kadastr dəyəri hər iki ildən bir yenilənir
Bakı, 21 may, AZƏRTAC
Rusiyada daşınmaz əmlakın vergiyə cəlb olunması prosesində obyektivliyin qorunması məqsədilə hər bir əmlakın kadastr dəyəri qanunvericiliklə müəyyən edilmiş qaydada dövri olaraq yenidən qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universitetinin Şəhər və Regional İnkişaf Fakültəsinin nümayəndəsi İrina İlyina Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, daşınmaz əmlak bazarındakı dinamikanı və qiymət dəyişikliklərini vergi sistemində tam əks etdirmək üçün qiymətləndirmə müddətləri regionların xüsusiyyətlərinə görə fərqlənir: "Mövcud qanunvericiliyə görə, kadastr dəyəri Rusiya Federasiyasının bütün regionları üzrə hər 4 ildən bir yenidən qiymətləndirilir. Lakin əmlak bazarının ən aktiv olduğu və böyük subyektlər hesab edilən meqapolislərdə, o cümlədən Moskva və Sankt-Peterburqda bu proses daha çevik şəkildə, yəni hər iki ildən bir həyata keçirilir".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.05.2026 [22:01]
Tələbə: WUF13 mənə şəhərlərin inkişafına dair daha fərqli yanaşma qazandırdı
- 26.05.2026 [18:15]
Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün Sədrinin yekun çıxışı
- 26.05.2026 [18:03]
Siyasi şərhçi: WUF13 Bakıda qlobal presedent yaratdı
- 26.05.2026 [16:58]