Stiv Deyns: Azərbaycan və Ermənistanın Ağ Evdə bir araya gəlməsi böyük dönüş nöqtəsi idi
Vaşinqton, 2 iyun, AZƏRTAC
Ötən ilin avqust ayında Ağ Evdə Prezident Trampın liderliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan sülh sənədi imzalamaq üçün bir araya gəldi.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns Dövlət katibi Marko Rubio ilə dinləmələr zamanı sual verərkən deyib. O bildirib ki, bu, böyük dönüş nöqtəsi idi.
“Fikrimcə, bu barədə məlumatlandırma azdır. Düşünürəm ki, bu hekayəni yaymalıyıq. Bu, rəhbərlik tərəfindən həll edilmiş kritik bir geosiyasi problemdir”, - deyə o əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [19:55]
Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 04.06.2026 [18:45]
Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb
- 04.06.2026 [18:16]