ABŞ Dövlət katibi: Cekson-Venik ticarət məhdudiyyətlərinin aradan qaldırılmasını istərdik
Vaşinqton, 2 iyun, AZƏRTAC
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns Dövlət katibi Marko Rubio ilə dinləmələr zamanı Mərkəzi Asiya ölkələri ilə əlaqələr üçün Cekson-Venik ticarət məhdudiyyətləri məsələsini qaldırıb.
AZƏRTAC-ın məlumatına görə, o bildirib ki, C5 ölkələri ilə əlaqələri gücləndirmək üçün böyük maneə olan bu məsələ Azərbaycanı da narahat edir.
Stiv Deyns məhdudiyyətlərin ləğvi təşəbbüsünün həmsədri olduğunu və bu prosesin Dövlət Departamenti üçün prioritet olub-olmadığını soruşub. “Məhdudiyyətlərin aradan qaldırılması Mərkəzi Asiya ilə münasibətlərimizə əhəmiyyətli dərəcədə təsir göstərər”, - deyə o əlavə edib.
“Bəli, bu, zərərlidir. Biz bunun aradan qaldırılmasını istərdik. Düşünürəm ki, bunu sizinlə birlikdə gündəmə gətirmək barədə sədr və üzvlərlə danışmalısınız”, - deyə Marko Rubio dinləmələr zamanı cavab verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [20:43]
Kanada Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır
- 02.06.2026 [19:35]
Beynəlxalq konfransın iştirakçıları “Atəşgah məbədi” ilə tanış olublar
- 02.06.2026 [03:18]