“Arabaçı Əlillər Şəbəkəsi”nin təmsilçisi: Beynəlxalq platformalardakı müzakirələr gələcəyə nikbin baxmağa əsas verir
Bakı, 21 may, AZƏRTAC
Bu gün ölkəmizin ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etməkdən böyük məmnunluq duyuruq. Belə bir mötəbər və qlobal platformanın Azərbaycanda təşkil olunması həqiqətən də qürurverici və mühüm hadisədir. Çünki Sessiyasının əsas mahiyyəti insan mərkəzli, inklüziv və hamı üçün əlçatan şəhər mühitinin təşviq edilməsidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən "Arabaçı Əlillər Şəbəkəsi"nin təmsilçisi Orxan İmanov deyib.
Onun sözlərinə görə, bu yanaşma, xüsusilə sosial baxımdan həssas qrupların cəmiyyətə tam inteqrasiyası nöqteyi-nəzərindən böyük əhəmiyyət daşıyır.
Orxan İmanov bildirib ki, bəzi infrastruktur məhdudiyyətləri səbəbindən fiziki məhdudiyyətli şəxslərin sərbəst hərəkəti və ictimai məkanlardan bərabər şəkildə istifadəsi hər zaman mümkün olmur. Bununla belə, dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən layihələr, eləcə də beynəlxalq platformalarda aparılan müzakirələr gələcəyə nikbin baxmağa əsas verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [14:46]
Bakı məktəblisi: Şəhərlər emosional inkişaf etməlidir
- 21.05.2026 [14:45]
Anar Vəliyev: Şəhərsalma memarlıqdan daha geniş elmləri əhatə edir
- 21.05.2026 [14:39]