Misirli ekspert: Müasir şəhərsalmanın mərkəzində insan dayanmalıdır
Bakı, 21 may, AZƏRTAC
Əslində müasir şəhərlər avtomobillər və nəqliyyat vasitələri üçün yox, insanlar üçün, yəni şəhərdə yaşayan icmalar üçün planlanmalıdır.
Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Ərəb Dünyası Məkan Yaratma Şəbəkəsinin (AMAKEN Placemaking) Misir bölməsinin həmtəsisçisi, şəhərsalma üzrə ekspert Məhəmməd Abousamra deyib.
Ekspert diqqətə çatdırıb ki, şəhərlərin rahat, piyada üçün əlverişli, yaşıl və insanlara komfort verən şəkildə olması çox vacibdir. “Bu yanaşma avtomobillərə və magistral yollara üstünlük verən köhnə planlama modellərinə ziddir. Biz şəhər planlamasında insanı mərkəzə qoymalı, insanların rahat sosial həyat yaşamasını, bir-biri ilə ünsiyyət qurmasını və keyfiyyətli şəhər mühitində yaşamasını təmin etməliyik”,- deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [14:53]
WUF13-də şəhər hakimiyyətlərinin iqlim gündəliyində rolu qeyd edilib
- 21.05.2026 [14:53]
Hindistan nümayəndəsi WUF13-ün Bakıda uğurla təşkil olunduğunu söyləyib
- 21.05.2026 [14:46]
Bakı məktəblisi: Şəhərlər emosional inkişaf etməlidir
- 21.05.2026 [14:45]