İsveçrəli ekspert: Azərbaycanın nadir şəhərsalma təcrübəsi dünya üçün son dərəcə dəyərlidir
Bakı, 21 may, AZƏRTAC
Azərbaycanın miqyasına və mürəkkəbliyinə görə nadir şəhərsalma təcrübəsi mövcuddur. Beləliklə, ölkənizin topladığı bu təcrübə dünya üçün son dərəcə dəyərlidir.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində İsveçrənin şəhərsalma və ərazi planlaşdırılması üzrə beynəlxalq agentliyi olan "Sa partners" şirkətinin təsisçi tərəfdaşı Dunja Kovari-Binggeli deyib.
O, şəhərlərin yenidən qurulmasının qlobal əhəmiyyət daşıdığını və Azərbaycanın bu prosesdə nadir, eləcə də innovativ bir yanaşma tətbiq etdiyini vurğulayıb. Qonaq qeyd edib ki, ölkəmizin şəhərsalma səyləri bir növ innovasiya laboratoriyasına çevrilib: "Düşünürəm ki, bu, həqiqətən də dünyada faydalı ola biləcək bir təcrübədir. Bu uğur hekayəsini və qazanılmış təcrübəni bölüşməyə dəyər".
Fotoqraf - Nicat Əlili
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [14:39]
BMT-nin nümatəndəsi: İnnklüziv, əlçatan mənzillərə sərmayələr yatırmalıyıq
- 21.05.2026 [14:30]