Oleq Mokruşin: Düşənbə şəhəri 17 qiymət zonasına bölünüb
Bakı, 21 may, AZƏRTAC
Düşənbə şəhərində daşınmaz əmlak bazarı bütövlükdə araşdırılıb və bu çərçivədə reyestr sistemində qeydiyyata alınmış 70 mindən çox mənzil təhlil edilib. Tədqiqatın nəticəsi olaraq, Düşənbə şəhəri 17 qiymət zonasına bölünüb, hər bir zona üzrə minimum və maksimum qiymətlər müəyyən edilərək statistik modellər qurulub və hər bir mənzil üçün kadastr dəyəri hesablanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ərazilərin İnkişafı üzrə Beynəlxalq Assosiasiyanın nümayəndəsi Oleq Mokruşin Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.
Görülən işlərin nəticələrini bölüşən O.Mokruşin bildirib: "Aparılan təhlillər nəticəsində hər kvadratmetr üzrə vergi yükü baxımından qiymət diapazonu təxminən 7,5 somonidən 12 somoniyə qədər formalaşıb. Bu yanaşma göstərir ki, şəhər mərkəzindən uzaq ərazilərdə vergi yükü daha aşağı, mərkəzə yaxın ərazilərdə isə daha yüksəkdir".
O vurğulayıb ki, adətən mərkəz zonalarda daha müasir və yüksəkkeyfiyyətli binalar yerləşir: “Məhz bu səbəbdən tətbiq edilən bölgü daha ədalətli mənzərə yaradır. Belə ki, mərkəzdə yerləşən və daha bahalı olan mənzillər daha yüksək vergi ödəyir, kənar ərazilərdəki daha aşağı dəyərli mənzillər isə daha az vergi yükü daşıyır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [14:17]
WUF13: Uşaqlar üçün oyun mərkəzindən FOTOLAR
- 21.05.2026 [14:15]
Nazir müavini: Şəhərlər sağlam və əlçatan olmalıdır
- 21.05.2026 [14:10]