Rose Molokoane: Bir çox icmalarda insanlar çirklənmiş su mənbələrindən istifadə etməyə məcbur qalırlar
Bakı, 21 may, AZƏRTAC
Bir çox icmalarda insanlar hələ də təhlükəsiz içməli suya çıxışdan məhrumdurlar və çirklənmiş su mənbələrindən istifadə etməyə məcbur qalırlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gecəqondu Sakinlərinin Beynəlxalq Təşkilatının xüsusi nümayəndəsi Rose Molokoane Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, beynəlxalq səviyyədə su təhlükəsizliyi ilə bağlı müxtəlif çağırışlar səslənsə də, bəzi icmalar gündəlik həyatda ən əsas su ehtiyaclarını belə qarşılaya bilmirlər.
“Əsas xidmətlərlə bağlı siyasətlər hazırlanarkən kənd icmalarının, qeyri-rəsmi yaşayış məskənlərində yaşayan insanların və digər həssas qrupların real problemləri daha çox nəzərə alınmalıdır”,- deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [14:15]
Nazir müavini: Şəhərlər sağlam və əlçatan olmalıdır
- 21.05.2026 [14:10]
Müşərrəf Hüseyn: Bakıdakı inkişaf dinamikası məni heyran etdi
- 21.05.2026 [14:09]
Keniyalı jurnalist: WUF13-də çox mühüm informasiyalar əldə etdik
- 21.05.2026 [14:07]