Ramil Cahangirov: İşğaldan azad edilmiş bölgələrdə yenidənqurmanın ilk günlərindən beynəlxalq şirkətlərlə əməkdaşlığa başlanılıb
Bakı, 21 may, AZƏRTAC
İşğaldan azad edilmiş bölgələrdə yenidənqurma üçün qarşıya qoyulan məqsəd bu ərazilərin qlobal şəhərsalma standartlarına uyğun bərpa edilməsidir. Prosesdə iştirak edən istər dövlət qurumları və özəl sektorlar üçün bu, mühüm prinsip idi.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhərsalmanın yenidən qurulması - Azərbaycan şəhər transformasiyası üçün İnnovasiya Laboratoriyasını necə yaratdı?” mövzulu tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad edilmiş ərazilərdə layihə idarəetməsi üzrə şöbə müdiri Ramil Cahangirov deyib.
O qeyd edib ki, yenidənqurmanın ilk günlərindən etibarən beynəlxalq şirkətlərlə əməkdaşlığa başlanılıb.
“İsveçrənin "SA Partners", həmçinin Böyük Britaniyanın “Chapman Taylor" şirkətləri bunlardan biridir. Beləliklə, biz tamamilə dağıdılmış ərazilərin planlaşdırılması ilə məşğul olurduq. Qarşımızda duran çətinliklər şəhərləri düzgün planlaşdırmaq, həmçinin bu ərazilərin və ya şəhərlərin inkişafı üçün gələcək mənzərəni müəyyən etmək idi. Çünki şəhərlərin demək olar ki, hamısı tamamilə dağıdılmışdı”, - deyə şöbə müdiri vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [13:50]
Rusiyanın mənzil fondu və əmlak vergisi sistemi açıqlanıb
- 21.05.2026 [13:40]