Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Anım Günü ilə əlaqədar Media və Yayım Şurasının rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, Zəfər abidəsinin önünə gül dəstələri düzülüb.