Almaniyalı mütəxəssis: Azərbaycan münaqişədən sonrakı bərpa üçün nümunədir
Bakı, 21 may, AZƏRTAC
Azərbaycanın WUF13 tədbirinə ev sahibliyi etməsi ölkənin şəhərsalma, dayanıqlı inkişaf və qlobal urban gündəminə verdiyi töhfənin mühüm göstəricisidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) Almaniyadan gələn mədəni irs strategiyası və mədəni turizm üzrə mütəxəssis Dalya Altuntepe deyib.
O, azad olunmuş ərazilərdə işğal dövründə dağıdılmış tarixi-mədəni abidələrin bərpasının qürurverici bir proses olduğunu bildirib: "Şuşada olarkən həmin tarixi abidələri öz gözlərimlə görmək və aparılan bərpa işlərinə şahid olmaq mənim üçün çox təsirli idi. Azərbaycan bu istiqamətdə həyata keçirdiyi layihələrlə münaqişədən sonrakı bərpa və inkişaf nümunəsi göstərən ölkələr üçün mühüm örnəkdir", - deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:21]
Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib
- 29.05.2026 [22:01]
Tələbə: WUF13 mənə şəhərlərin inkişafına dair daha fərqli yanaşma qazandırdı
- 26.05.2026 [18:15]
Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün Sədrinin yekun çıxışı
- 26.05.2026 [18:03]