Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rumıniyada Azərbaycanın Müstəqillik Gününə həsr olunan rəsmi qəbul

Buxarest, 21 may, AZƏRTAC

Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, qəbulda Rumıniya parlamentinin üzvləri, hökumət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, biznes dairələrinin nümayəndələri, akademik ictimaiyyət və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Tədbir çərçivəsində Azərbaycan dövlətçiliyinə, ölkənin müasir inkişafına, Qarabağ və Şərqi Zəngəzurun bərpasına, eləcə də Azərbaycan–Rumıniya münasibətlərinə həsr olunmuş xüsusi fotosərgi təşkil edilib. Sərgidə Azərbaycanın Rumıniyadakı səfirliyi ilə yanaşı, SOCAR-ın Rumıniyadakı törəmə şirkəti “SOCAR Petroleum S.A.” tərəfindən hazırlanmış materiallar da nümayiş etdirilib. Azərbaycanın enerji layihələri, Cənub Qaz Dəhlizi, yaşıl enerji təşəbbüsləri və Orta Dəhlizlə bağlı məlumatlar təqdim olunub.

Səfir Qüdsi Osmanov Azərbaycanın müstəqillik tarixindən, dövlət quruculuğu prosesindən və ölkənin son illərdə əldə etdiyi uğurlardan danışıb. Vurğulanıb ki, Azərbaycan regionun aparıcı siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilib, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlığın enerji, nəqliyyat, logistika və humanitar sahələrdə uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Azərbaycanın Cənubi Qafqaz regionuna gətirdiyi sülhün bütün region üçün vacib olduğunu qeyd edən səfir bildirib ki, Cənub Qaz Dəhlizi, yaşıl enerji layihələri və Orta Dəhliz kimi təşəbbüslər yalnız region üçün deyil, bütövlükdə Avropa üçün böyük əhəmiyyət daşıyır.

Rumıniya Senatının sədri Mirçea Abrudean Azərbaycan ilə Rumıniya arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. O bildirib ki, iki ölkə arasında enerji təhlükəsizliyi, Qara dəniz regionunda əməkdaşlıq və nəqliyyat bağlantıları sahəsində mühüm layihələr həyata keçirilir. Rumıniya tərəfinin Azərbaycan ilə strateji əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu vurğulanıb.

Rumıniya Prezident Administrasiyasının dövlət müşaviri Vlad Yonesku, Rumıniya xarici işlər nazirinin strateji məsələlər üzrə müavini Ana Kristina Tinka, Azərbaycan–Rumıniya parlamentlərarası dostluq qrupunun rəhbəri Marian Neakşu Azərbaycan ilə Rumıniya arasında formalaşmış siyasi dialoqun region üçün mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Rumıniyanın keçmiş Prezidenti Emil Konstantinesku isə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüb və onun dövlətçilik siyasətinin region üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycanı Cənubi Qafqazın əsas strateji aktorlarından biri kimi qiymətləndirib və Bakı ilə Buxarest arasında münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Çıxışlarda Azərbaycan Avropa üçün etibarlı tərəfdaş kimi qiymətləndirilib. Enerji və nəqliyyat sahələrində əməkdaşlığın son illərdə daha da genişləndiyini, xüsusilə yaşıl enerji və Orta Dəhliz layihələrinin strateji əhəmiyyət daşıdığını qeyd edilib.

Tədbirin bədii hissəsində Azərbaycan musiqisi səsləndirilib. Qonaqlara Azərbaycan milli mətbəxinə aid nümunələr təqdim olunub və ölkənin turizm potensialını əks etdirən videoçarxlar nümayiş etdirilib.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyada Moskva və Sankt-Peterburq üzrə əmlakın kadastr dəyəri hər iki ildən bir yenilənir

Anaklaudia Rossbax: Şəhərlərin sürətli və plansız genişlənməsi su resurslarına ciddi təzyiq göstərir

Şükürbəyli kəndində daha 39 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

ADB rəsmisi: Maliyyə dayanıqlılığı su sektorunda əsas problemlərdən biridir

Lajana Manandhar: Yaxın Şərqdəki böhran Cənubi Asiya ailələrinin də sosial rifahına ciddi təsir göstərir

UN-Habitat: Qeyri-rəsmi yaşayış məskənlərinin yaxşılaşdırılması su problemlərinin həllinə töhfə verə bilər

Norio Saito: Su təchizatı sistemləri qurularkən tullantı sularının idarə olunması nəzərə alınmalıdır

Klaudiya Bogensperger: Davamlılıq standartları regiondan-regiona fərqlənir

Rose Molokoane: İşsizlik və yoxsulluq şəraitində yaşayan insanlar üçün su xidmətlərinin ödənişi ciddi yük yaradır

Rose Molokoane: Bir çox icmalarda insanlar çirklənmiş su mənbələrindən istifadə etməyə məcbur qalırlar

Oleq Mokruşin: Düşənbə şəhəri 17 qiymət zonasına bölünüb

İƏT rəsmisi: Rəqabət artıq yalnız ölkələr arasında deyil, şəhərlər və regionlar arasında da formalaşır

Filip Dekort: Yaxın Şərqdəki böhran mənzil və şəhərsalma sahəsində mövcud həssaslıqları daha da artırır

AYNA: Yeni dəmir yolu xətlərinin yaşayış məntəqələrini şəhərin əsas mərkəzləri ilə birləşdirməsi planlaşdırılır

Aydın Kərimov: Bu mərhələdə qarşıya qoyulan hədəflərə nail olunub

Ekspert: Su, qida çatışmazlığı və işsizlik qarşıdurma və ya iğtişaşlara gətirib çıxarır

WUF tədbirləri təcrübə mübadiləsi aparmaq və yeni texnologiyaların tətbiqini genişləndirmək imkanı verir

Ramil Cahangirov: Kəlbəcərdə bölgənin dağlıq relyefinə uyğun Alp üslubu tətbiq edilib

Beynəlxalq turizm proqramları meneceri: Davamlılıq sertifikatlarına marağın sürətlə artdığını müşahidə edirik

Norveçli tədqiqatçı: Gələcəyin şəhərlərində prioritet insanların rifahı olmalıdır

Fransada qırıcı evin damını uçurdu, təmir xərclərini ev sahibi ödəməli oldu

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən konsepsiyalar dayanıqlı inkişaf modelinin real nümunəsidir VİDEO

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən konsepsiyalar dayanıqlı inkişaf modelinin real nümunəsidir VİDEO

Orxan Məmmədov: 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkəmizin dayanıqlı şəhər inkişafına verdiyi strateji əhəmiyyəti əks etdirir

WUF tədbirləri təcrübə mübadiləsi aparmaq və yeni texnologiyaların tətbiqini genişləndirmək imkanı verir

WUF13: “Ədalətli əmlak vergisi davamlı şəhər inkişafının hərəkətverici gücü kimi” - panel sessiya

WUF13 çərçivəsində mənzil maliyyələşdirilməsində yeni yanaşmalar və inklüziv həllər müzakirə edilib

Sabah bəzi yerlərdə arabir yağış yağacaq

Orxan Məmmədov: Azad edilmiş ərazilərdəki işlər innovativ və gələcəyə yönəlmiş şəhərsalma siyasətinə sadiqliyi göstərir

Aydın Kərimov: Şəhər planlaşdırması sənədlərlə yanaşı, beynəlxalq dialoq və çevik əməkdaşlıq tələb edən prosesdir

Palata sədri: Azərbaycanda əmlak vergisində hibrid modelin tətbiqi daha realist yanaşmadır

Claudia Baranzelli: Bu yaxınlarda OECD “Yerli Məlumat Portalı”na Azərbaycanın da əlavə olunması planlaşdırılır

Akademik Milli Dram Teatrı Konya Beynəlxalq Teatr Festivalında iştirak edəcək

KOBİA sədri: WUF13 Azərbaycanın şəhər innovasiyaları sahəsində artan rolunun yüksək qiymətləndirildiyinin göstəricisidir

WUF13: Xarici media nümayəndələri Şamaxıda səfərdədir

Anaklaudia Rossbax: Mənzil siyasəti, şəhər planlaşdırılması və su təminatı koordinasiyalı şəkildə həyata keçirilməlidir

Dunja Kovari-Binggeli: Azərbaycanda qarşımıza qoyulan planları böyük zəhmət və fədakarlıqla reallığa çevirdik

Fariz Əzizov: Ziya Bünyadov prospektinə paralel çəkilən yol layihəsinin 50 faizi icra olunub

Deputat: Dayanıqlılıq cəmiyyətin gündəlik davranış mədəniyyətində də əks olunmalıdır

Məşhur milyonçuların varisləri "Mesenat" tamaşasının yaradıcı kollektivinə təşəkkür ediblər

Sloveniyada əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin xatirəsi anılıb

Ramil Cahangirov: İşğaldan azad edilmiş bölgələrdə yenidənqurmanın ilk günlərindən beynəlxalq şirkətlərlə əməkdaşlığa başlanılıb

ADNOC: BƏƏ-nin Hörmüz boğazından yan keçən yeni boru kəmərində işlərin təxminən 50 faizi tamamlanıb

Patrisiya Skotland: Yaxın Şərqdəki eskalasiya geosiyasi böhran xarakteri daşıyır

Fatma Yıldırım: Azərbaycan dayanıqlı inkişaf təşəbbüslərini dəstəkləyən məsuliyyətli tərəfdaş kimi çıxış edir VİDEO

Fatma Yıldırım: Azərbaycan dayanıqlı inkişaf təşəbbüslərini dəstəkləyən məsuliyyətli tərəfdaş kimi çıxış edir VİDEO

SESRIC-in baş direktoru: 2030-cu ilədək dünyada şəhər əhalisinin 30 faizi İƏT-ə üzv ölkələrdə olacaq

Gümüşhanə Universitetində “Azərbaycan stendi” böyük maraq doğurub

Rumıniyada Azərbaycanın Müstəqillik Gününə həsr olunan rəsmi qəbul

WUF13-ün iştirakçısı: Azərbaycanın inklüziv şəhərsalma sahəsindəki təşəbbüsləri təqdirəlayiqdir

Millətlər Birliyinin 6-cı Baş katibi: Yaxın Şərqdəki böhran qlobal mənzil və şəhərsalma böhranını dərinləşdirir

Ramil İsgəndərli: Şəhərsalmada gənclərin və QHT-lərin təklifləri diqqətdən kənarda qalmır

Mpilo Nqubane: İnkişaf etmiş ölkələr qlobal yaşayış böhranının həllində dəstək olmalıdır

Almaniyalı mütəxəssis: Azərbaycan münaqişədən sonrakı bərpa üçün nümunədir

WUF13-də iştirak edənlərin sayı açıqlanıb

Müşavir: Bakı hazırda eyni vaxtda bir neçə transformasiya prosesi yaşayır

Afrikalı nümayəndə: Qeyri-rəsmi yaşayış məskənləri ilə bağlı məsələlərin həlli mənim üçün önəmlidir

CNN: İran hərbi-sənaye bazasını ABŞ-nin gözlədiyindən daha sürətlə bərpa edir

Qazaxıstan 1 GVt gücə malik külək parkları və enerji saxlama sistemləri qurur

WUF13 çərçivəsində KOB-ların davamlı, inklüziv və dayanıqlı şəhər inkişafında rolu müzakirə olunur

Nüsrət İbrahimov: Azərbaycanda əmlak vergisi sahəsində böyük fiskal potensial mövcuddur

WUF13-də 800-dən çox media nümayəndəsi fəaliyyət göstərir

Nigeriya nümayəndə heyəti WUF13-də qlobal təcrübəsini bölüşür

BMT nümayəndəsi: Dayanıqlı şəhərlər üçün tərəfdaşlıq vacibdir

Almaniya Kansleri Ukraynanın Aİ-də “assosiativ üzv” statusu almasını təklif edib

Naxçıvanda “Sağlam şəhər turu” aksiyası

WUF13:“BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı sessiya işə başlayıb

ÜST xəbərdarlıq edir: Konqo və Uqandada Ebola riski yüksəkdir

UN-Habitatın nümayəndəsi: WUF13-də dünya ilə bölüşüləcək dəyərli təcrübələr var

Dünya Bankının Qlobal Direktoru: Böhrandan sonra mənzil bərpası üzərində işləyən bəzi ölkələrə miqyaslı dəstək vermişik

Bakıdakı inkişaf prosesi Pakistan nümayəndəsində böyük təəssürat yaradıb VİDEO

Bakıdakı inkişaf prosesi Pakistan nümayəndəsində böyük təəssürat yaradıb VİDEO

WUF13 çərçivəsində Azərbaycanın şəhər transformasiyası və innovativ urbanizasiya modeli təqdim olunur

Hatayda “Azərbaycan incəsənəti həftəsi” çərçivəsində tədbirlər təşkil olunub

Read Qasımov: Bakının Baş planı müasir şəhərin inkişafı ilə irsin mühafizəsi arasında harmoniyanın təmin edilməsini nəzərdə tutur

Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletləri bir ay əvvəl daha sərfəli qiymətə almaq mümkün olacaq

Asiya İnkişaf Bankı: Çoxqatlı maliyyələşmə strukturu yaradılmalıdır

Düşənbədə su ehtiyatlarına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

WUF13 Azərbaycanın beynəlxalq imicini gücləndirən strateji platforma kimi yadda qalacaq - ŞƏRH

Read Qasımov: Bakının Baş Planı paytaxtın daha yaşıl və dayanıqlı qlobal şəhərə çevrilməsini hədəfləyir

WUF13 Azərbaycanın yenidənqurma modelini beynəlxalq ictimaiyyətə təqdim etmək imkanı qazandırır ŞƏRH

Bu gündən qabiliyyət imtahanlarına qeydiyyat başlanır

İqlim məsələləri üzrə nümayəndə: Davamlı və dayanıqlı şəhərlərin əhəmiyyəti daha da artacaq VİDEO

İqlim məsələləri üzrə nümayəndə: Davamlı və dayanıqlı şəhərlərin əhəmiyyəti daha da artacaq VİDEO

WUF13-ün iştirakçısı: Şəhərlərdə planlaşdırma insan ehtiyaclarına uyğun olmalıdır VİDEO

WUF13-ün iştirakçısı: Şəhərlərdə planlaşdırma insan ehtiyaclarına uyğun olmalıdır VİDEO

Türk dünyasının alimləri Qubada: yeni əməkdaşlıq mərhələsi başlayır

Kecia Rust: İnsanların tələbatını qarşılayan maliyyələşmə hesablanmalıdır

® “İrşad”da böyük “Yaşıl Cümə” fürsəti başladı! VİDEO

® “İrşad”da böyük “Yaşıl Cümə” fürsəti başladı! VİDEO

Bu saata olan əsas xəbərlər

Şəki: Şəbəkə, tarix və sənətkarlığın Azərbaycanın canlı irsini toxuduğu məkan

Muxtar Babayev: Beynəlxalq təcrübənin milli reallıqlara inteqrasiya edilməsi vacibdir VİDEO

Muxtar Babayev: Beynəlxalq təcrübənin milli reallıqlara inteqrasiya edilməsi vacibdir VİDEO

İdarə rəisi: WUF13 Azərbaycanın dayanıqlı şəhər transformasiyasına sadiqliyini nümayiş etdirir

“Reuters”: NASA-nın “Perseverance” zondu Mars marafonunu tamamlamağa hazırdır

Bakı-Tbilisi qatarının sərnişin tutumu 118 nəfərlikdir – İNFOTUR - FOTO

WUF13 Bakının beynəlxalq tədbirlər üçün qlobal mərkəz statusunu bir daha nümayiş etdirdi – Gənc alim

UN-Habitat-ın nümayəndəsi: WUF13 praktik həllərin müzakirəsinə imkan yaradır

WUF13 çərçivəsində Bakının Baş Planına dair müzakirələr aparılır

Azərbaycanla Özbəkistan arasında mədəniyyət və təhsil sahəsində yeni əməkdaşlıq sənədi imzalanıb

WUF13 Azərbaycanın müasir şəhərsalma modelini dünyaya təqdim edir ŞƏRH

Aysel Yaqubova: Dekarbonizasiya səyləri yalnız yeni tikilmiş binalara yönəlməməlidir

Yalçın Rəfiyev: Bərpa prosesi ilə bağlı Azərbaycan nümunəsi oxşar problemdən əziyyət çəkən ölkələr üçün gözəl örnəkdir VİDEO

Yalçın Rəfiyev: Bərpa prosesi ilə bağlı Azərbaycan nümunəsi oxşar problemdən əziyyət çəkən ölkələr üçün gözəl örnəkdir VİDEO

Stolüstü tennisçilər Özbəkistandan 7 medalla qayıdırlar

Braziliyada “foie gras” qadağası: Fransa ticarət müqaviləsinin pozulduğunu iddia edir

® Oktyabrın 1-də Bakıda 5-ci “Brand Award International” qlobal müsabiqəsinin təltifetmə mərasimi keçiriləcək