Nüsrət İbrahimov: Azərbaycanda əmlak vergisi sahəsində böyük fiskal potensial mövcuddur
Bakı, 21 may, AZƏRTAC
Dünya Bankının qiymətləndirmələrinə əsasən, inkişaf etməkdə olan ölkələrdə əmlak vergisi potensialından hələ tam istifadə olunmur. Azərbaycanda və oxşar ölkələrdə vergi daxilolmaları adətən ümumi daxili məhsulun 0,3–0,6 faizi səviyyəsində olduğu halda, xüsusilə Avropa ölkələrində bu göstərici təxminən 1–1,1 faiz təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Qiymətləndiricilər Palatasının İdarə Heyətinin sədri Nüsrət İbrahimov Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Ədalətli əmlak vergisi davamlı şəhər inkişafının hərəkətverici gücü kimi” tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, bu göstəricilər fiskal potensialın geniş olduğunu nümayiş etdirir və Azərbaycanın bu sahədə hələ də böyük imkanlara malik olduğunu göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [13:21]
Oleq Mokruşin: Düşənbə şəhəri 17 qiymət zonasına bölünüb
- 21.05.2026 [13:15]