Naxçıvanda “Sağlam şəhər turu” aksiyası
Naxçıvan, 21 may, AZƏRTAC
Mayın 26-da Naxçıvan şəhərində Muxtar Respublikanın Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində velosipedlə “Sağlam şəhər turu” aksiyası keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, saat 11:00-da start götürəcək aksiyanın əsas məqsədi sağlam həyat tərzinin təbliği və təşviqi, ekoloji mədəniyyətin aşılanması, eyni zamanda Naxçıvan şəhərinin tarixi və müasir memarlıq nümunələrinin tanıdılmasından ibarətdir.
Qeyd olunub ki, velotura velosipeddən istifadə etməyi bacaran hər bir şəxs qoşula bilər. Turun başlanğıc və bitmə nöqtəsi Naxçıvan Tibb Kollecinin önü olacaq. Marşrutun ümumi uzunluğu təxminən 7,5 kilometr təşkil edir.
Müxbir- Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
- 05.10.2026 [18:27]
Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub
- 05.10.2026 [17:54]
Kürdəmirdə narkotik vasitələrin fəsadlarından danışılıb
- 05.10.2026 [17:37]
Naxçıvanda DOST Qəbul şöbələri yaradılır
- 05.10.2026 [17:05]
Kəlbəcər sakinləri mina təhlükəsizliyi barədə məlumatlandırılıblar
- 05.10.2026 [16:58]
Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO
- 05.10.2026 [16:03]