Nigeriya nümayəndə heyəti WUF13-də qlobal təcrübəsini bölüşür
Bakı, 21 may, AZƏRTAC
WUF13 qlobal miqyasda dialoqların qurulması, innovasiyaların təşviqi və yeni tərəfdaşlıq əlaqələrinin yaradılması baxımından mühüm platformadır.
Bunu AZƏRTAC-a açıqlamasında Afrika üçün Habitat Təşəbbüsü təşkilatının icraçı direktoru Ceyms Uqa deyib. "Nigeriyadan gələn bir nümayəndə heyəti olaraq bu forumda iştirak etməkdən böyük məmnunluq duyuruq. Forumun əsas diqqət mərkəzində dayanıqlı şəhərlər, məskunlaşma və şəhər davamlılığı kimi mühüm mövzular dayanır. Təşkilatımız şəhərlərin inkişafını idarə edən və təşkil edən bir mərkəz kimi fəaliyyət göstərir. Bu baxımdan buradakı müzakirələrə qoşulmaq, fəal tərəfdaşlıq etmək və qlobal təcrübəni bölüşmək bizim üçün olduqca əhəmiyyətlidir", - deyə o qeyd edib.
Ceyms Uqa forum çərçivəsində səmərəli əməkdaşlıq imkanlarının yaradılmasına görə təşkilatçılara təşəkkürünü bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [13:21]
Oleq Mokruşin: Düşənbə şəhəri 17 qiymət zonasına bölünüb
- 21.05.2026 [13:15]