WUF13 çərçivəsində KOB-ların davamlı, inklüziv və dayanıqlı şəhər inkişafında rolu müzakirə olunur
Bakı, 21 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo” sərgisindəki Biznes və İnnovasiya Mərkəzində kiçik və orta bizneslərin (KOB) davamlı, inklüziv və dayanıqlı şəhər inkişafında roluna dair müzakirələr aparılır.
AZƏRTAC xəbər verir ki, “Kiçik və orta bizneslərin dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulmasında əsas iştirakçı kimi rolunun gücləndirilməsi” mövzusunda panel müzakirəsindəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların innovasiya, yaşıl texnologiyalar və rəqəmsallaşma vasitəsilə şəhər inkişafına töhfə verə biləcəkləri qeyd edib.
Müzakirələrdə dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, sahibkarlar və şəhərsalma üzrə mütəxəssislər iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [13:21]
Oleq Mokruşin: Düşənbə şəhəri 17 qiymət zonasına bölünüb
- 21.05.2026 [13:15]