UN-Habitatın nümayəndəsi: WUF13-də dünya ilə bölüşüləcək dəyərli təcrübələr var
Bakı, 21 may, AZƏRTAC
WUF13-ün dayanıqlı şəhərlərin gələcəyi baxımından çox böyük əhəmiyyəti var. Xüsusilə bu bölgədə keçirilən tədbir çox önəmlidir. Çünki bu, Mərkəzi Asiya, Qafqaz və Şərqi Avropa regionunun innovasiyalarını dünyaya açır və paylaşmağa imkan yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Naybori (Keniya) ofisində işləyən Mark Kuyo Ojal bildirib
Onun sözlərinə görə, dünya burada postmünaqişə şəraitində dayanıqlı şəhərsalma və yenidənqurma sahəsində mövcud liderliyi görür. “Bu sahədə dünya ilə bölüşüləcək çox dəyərli təcrübələr var. Eyni zamanda, mənzil böhranının həlli ilə bağlı da yaxşı nümunələr mövcuddur. WUF13 Mərkəzi Asiya ölkələrinə digər regionların innovativ təcrübələrini öyrənmək üçün də mühüm imkan yaradır",- deyə o qeyd edib.