Kecia Rust: İnsanların tələbatını qarşılayan maliyyələşmə hesablanmalıdır
Bakı, 21 may, AZƏRTAC
Hindistanda və Afrikanın digər yerlərində, müxtəlif ölkələrdə qeyri-formal gəlirlərin qiymətləndirilməsi ilə bağlı çox gözəl işlər görülür. İnsanların tələbatını qarşılayan maliyyələşdirməni necə təklif etmək barədə yenidən hesablama aparılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Afrikada Güzəştli Mənzil Maliyyəşdirilməsi Mərkəzinin icraçı direktoru və təsisçisi Kecia Rust Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Mənzil maliyyələşdirilməsi üçün yeni bir saziş" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu işdə hökumət və bələdiyyələr liderlik etməlidir.
“Cənubi Afrikanın mənzil subsidiyaları sahəsində uzun tarixi var və bu subsidiyalar ölkədə çox gözəl işlərə vəsilə olub. Eyni zamanda, bazarda fəaliyyət göstərə biləcək bəzi iştirakçıları və onların sahibkarlıq fəaliyyətlərini sıxışdırıb çıxarmağa başlayıb”, - deyə Kecia Rust bildirib.