BDU-da görüş: tələbələrə hərbi sənaye müəssisələrində təcrübə imkanı yaradılır
Bakı, 21 may, AZƏRTAC
Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə Bakı Dövlət Universitetində (BDU) müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov və ali məktəbin rektoru Elçin Babayev arasında görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə müdafiə sənayesi sahəsində yüksəkixtisaslı kadr hazırlığı, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, tələbələrin istehsalat təcrübəsi imkanlarının genişləndirilməsi və innovasiyayönümlü təşəbbüslərin dəstəklənməsi məsələləri müzakirə edilib.
Görüş zamanı gələcək əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]
Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb
- 05.10.2026 [18:01]
Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir
- 05.10.2026 [17:36]
III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib
- 05.10.2026 [17:27]
“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu
- 05.10.2026 [17:16]