Gəncə Dövlət Aqrar Kolleci ilə “Agro Dairy” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Gəncə, 21 may, AZƏRTAC
“Agro Dairy” MMC-nin bir qrup əməkdaşı Gəncə Dövlət Aqrar Kollecində olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kollec rəhbərliyi ilə keçirilən görüşdə tərəflər arasında potensial əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı fəaliyyətin prioritet sahələri müəyyənləşdirilib.
Görüş zamanı tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, istehsalat təcrübələrinin təşkili, əmək bazarının müasir tələblərinə uyğun tədris imkanlarının genişləndirilməsi, həmçinin aqrar sahədə tətbiq olunan innovativ texnologiyalar üzrə davamlı məlumat mübadiləsinin aparılmasının vacibliyi vurğulanıb.
Daha sonra Gəncə Dövlət Aqrar Kollecinin direktoru Fəqan Ağayev və “Agro Dairy” şirkətinin İdarə Heyətinin üzvü, insan resursları üzrə baş direktoru Fatimə Tağıyeva birgə əməkdaşlıq müqaviləsi imzalayıblar.
Bununla yanaşı, tərəflər növbəti aylarda birgə praktiki fəaliyyətin təşkili istiqamətində ilkin razılığa gəliblər.
Rəsmi hissədən sonra qonaqlar kollecin maddi-texniki bazası ilə yaxından tanış olublar.
Müxbir - Elcan Məmmədov