Şəki REM-də Səməd Vurğun və Yaşar Qarayevin yubileyləri qeyd olunacaq
Bakı, 21 may, AZƏRTAC
AMEA-nın Şəki Regional Elmi Mərkəzində mühüm məsələlər müzakirə olunub
AMEA Şəki Regional Elmi Mərkəzinin (REM) Elmi Şurasının növbəti iclası keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, filologiya elmləri doktoru Kamil Adışirinovun sədrliyi ilə baş tutan iclasda bır sıra qərarlar qəbul edilib. Elmi fəaliyyətin müasir standartlara uyğunlaşdırılması və gənc tədqiqatçıların stimullaşdırılması ilə bağlı tapşırıqlar verilib. Əmək Məcəlləsindəki dəyişikliklər və AMEA-nın qarşısında duran vəzifələr diqqətə çatdırılıb. Səməd Vurğunun 120 illiyi (iyun ayında) və Yaşar Qarayevin 90 illiyi (noyabr ayında) münasibətilə elmi-praktiki tədbirlərin keçirilməsi qərara alınıb.
Bundan başqa, 2026-2028-ci illəri əhatə edən rəqəmsal inkişaf planı üzrə fəaliyyətin gücləndirilməsi müvafiq şöbəyə həvalə edilib. Hüseyn Mustafabəylinin bakalavrlar üçün hazırladığı "Tətbiqi coğrafiya” proqramının çapına icazə verilib.