Bakıda “Fəlakətlərdən sonra gələcəyin bərpası” mövzusunda yeni çərçivə sənədinin təqdim olunması nəzərdə tutulur
Bakı, 21 may, AZƏRTAC
Dayanıqlı, davamlı və ədalətli icmaların qurulması istiqamətində qlobal peşəkarların bir araya gətirilməsi vacibdir.
AZƏRTAC xəbər verir ki, bu barədə CAP (Commonwealth Association of Planners) təşkilatının sədri Eleanor Mohammed Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Habitat Peşəkarları Forumu brifinq- Habitat Peşəkarları Forumu Fəlakətdən Sonra Transformativ Bərpa üçün Yeni Qlobal Çərçivəni təqdim edir" mövzusunda brifinqdə deyib.
O bildirib ki, Bakıda “Fəlakətlərdən sonra gələcəyin bərpası” mövzusunda yeni çərçivə sənədinin təqdim olunması nəzərdə tutulur. Qeyd olunub ki, dünya hazırda təbii fəlakətlər, iqlim dəyişiklikləri, münaqişələr, biomüxtəlifliyin azalması və dərin iqtisadi problemlərlə üz-üzədir: “Belə bir dövrdə həmin çərçivə sənədinin məhz Bakıda təqdim olunması xüsusi əhəmiyyət daşıyan addımdır”.
Fotoqraf - Rəşad Mirzə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [14:07]
Ketrin Mur: Gələcəkdə binalar iqlim dəyişikliyinə davamlı olmalıdır
- 21.05.2026 [13:57]