Esvatini Krallığının nümayəndəsi: Əmlak vergisi bələdiyyələrin əsas gəlir mənbəyidir
Bakı, 21 may, AZƏRTAC
Bu tədbir çox vacib platformadır, çünki burada fikirlərimizi bölüşürük və digər ölkələrin bələdiyyə işlərini necə idarə etdiyini öyrənirik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Esvatini Krallığının nümayəndəsi Peter Deon Anderson Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Ədalətli əmlak vergisi davamlı şəhər inkişafının hərəkətverici gücü kimi” mövzusunda tədbirdə danışarkən deyib.
O bildirib ki, əmlak vergisi bələdiyyələrin əsas gəlir mənbəyidir, çünki şəhərlər və bələdiyyələr çox vaxt öz fəaliyyətini vergilər hesabına davam etdirir: "Vergilər isə şəhərdə yaşayan sakinlərdən və icarəçilərdən toplanan vəsaitdir. Bu vəsait şəhərin, yəni bələdiyyənin əsas maliyyə dayağıdır”.
“Mənim bu forumdan gözləntim müxtəlif ideyalar əldə etməkdir. Xüsusilə vergilərin necə yığılması və şəhər infrastrukturunun yaxşılaşdırılması üçün gəlirlərin necə artırılması barədə yeni yanaşmalar öyrənirəm".
Müxbir - Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:21]
Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib
- 29.05.2026 [22:01]
Tələbə: WUF13 mənə şəhərlərin inkişafına dair daha fərqli yanaşma qazandırdı
- 26.05.2026 [18:15]
Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün Sədrinin yekun çıxışı
- 26.05.2026 [18:03]